Bayden Administrasiyası Abrams tankları üçün tükənmiş uran mərmilərinin Ukraynaya göndərilməsini təsdiqləməyə hazırdır.
Məlumata görə, ABŞ-ın Ukraynaya göndərəcəyi tanklarla hansı mərmilərin tədarük edilməsinə dair bir sıra müzakirələr aparıldıqdan sonra Ağ Ev mərmilərin göndərilməsinə razılıq verib. Bildirilir ki, bu növ sursatların təsdiqi üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, martın 20-də media Britaniya hakimiyyətinin zirehli maşınlara qarşı xüsusilə təsirli olan tükənmiş uran mərmilərini Ukraynaya göndərməyə hazır olduğunu bildirib.
Xəyalə Xəlilova