Lukaşenko Minsk və Moskva arasında qardaşlıq əlaqələri ilə bağlı əlaqələrin genişlənəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.
Faktmedia.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini Rusiya Günündə salamlayarkən deyib.
O qeyd edib ki, Minsk və Moskva arasında çoxəsrlik dostluq və qardaşlıq telləri ilə bağlı olan əlaqələr bundan sonra da birgə səylərimizlə davamlı şəkildə genişlənəcək və dərinləşəcək.
Lukaşenko “bu gün Rusiya Federasiyası milli maraqları qətiyyətlə müdafiə edir, suveren inkişaf üçün şərait yaradır və beynəlxalq arenada öz mövqelərini ardıcıl olaraq möhkəmləndirir”- deyə əlavə edib.
Xəyalə Xəlilova