Mariupol hakimiyyəti yaxın üç il ərzində şəhərin tamamilə yenidən qurulacağını gözləyir.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Oleq Morqun məlumat verib.
O bildirib ki, bu dinamik bir il olacaq:
“İnanıram ki, biz üç il ərzində şəhərin yenidən qurulmasını başa çatdıracağıq. Hazırda 1800 obyektdə - yaşayış binalarında, sosial və bələdiyyə infrastruktur obyektlərində təmir, bərpa, tikinti işləri aparılır”.
Qeyd edək ki, şəhərin yenidən qurulması üzrə federal proqramda Rusiyanın 16 regionu iştirak edir və tikintidə həm yerli sakinlər, həm də Rusiyanın digər regionlarından olan 25 min insan iştirak edir.
Rəna Həsənova