Çində Argentina milli futbol komandasının kapitanı Lionel Messi ilə birlikdə 39.000 avroya eksklüziv axşam təşkil etməyə söz veriblər.
Faktmedia.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Futbolçu 10 iyunda Pekinə gəlib. Bundan sonra çoxlu şübhəli təkliflər ortaya çıxıb.
Stadiona girmək üçün satıcılar biletləri real dəyərindən üç qat artıq qiymətə satırlar deyə polis əməkdaşı bildirib.
Qeyd edək ki, Argentina və Avstraliya milli komandaları arasında yoldaşlıq oyunu iyunun 15-də başlayacaq.
Havar Şəfiyeva