Lionel Messi komandadan ayrılacaq.
Bu barədə Messinin klubunun baş məşqçisi açıqlama verib. Messinin son oyunu Klermontla olacaq.
35 yaşlı argentinalı futbolçunun adı Barselona və Səudiyyə Ərəbistanı komandaları ilə hallanırdı.
İqtisadi problemlərə görə 2021-ci ildə "Barselona"dan ayrılmalı olan Lionel Messi 2021/22 mövsümünün əvvəlində Paris Saint-Germain ilə müqavilə imzalayıb.
Bu mövsüm 40 oyuna çıxan argentinalı ulduz 21 qol vurub, 20 məhsuldar ötürmə edib.
Elçin Şəfiyev