Fransada dülgər Mişel Robilyarın alma, albalı, qoz və armud ağaclarından istifadə edərək hazırladığı taxta avtomobil dünən Toursda keçirilən hərracda nümayiş etdirilib.
Faktmedia.az xəbər verir ki, taxtadan hazırlanmış Citroen 2CV model avtomobil rekord qiymətə 210 min avroya satılıb.
Fransanın klassik Citroen 2CV model avtomobilindən sonra modelləşdirilən və dəyəri 150-200 min avro olaraq təyin olunan avtomobili Parisli bir kolleksiyaçı 210 min avroya alıb.
2011-ci ildə başladığı avtomobili 5 ildə tamamladığını bildirən Mişel Robillard, "3 oğlum var idi, bu da mənim kiçik qızım idi" dedi.
Bəsti Məmməd