Alman diplomatı çərşənbə günü bildirib ki, Moskvanın Almaniyanın Rusiyadakı diplomatik heyətinin sayının 350 nəfərdən çox olmamaq şərti ilə məhdudlaşdırılması qərarından sonra Almaniya hökuməti Rusiyanın Yekaterinburq, Kalininqrad və Novosibirsk şəhərlərindəki baş konsulluqlarını bu noyabr ayına kimi bağlamaq qərarına gəlib.
Faktmedia.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger mətbuat brifinqində "Struktur dəyişiklikləri tələb olunacaq" deyib.
"Rusiyanın əməkdaşlarımızın ixtisarı ilə bağlı göstərişlərinə əməl etmək üçün Almaniya hökuməti Kalininqrad, Yekaterinburq və Novosibirskdəki Baş Konsulluq ofislərini bağlamaq qərarına gəlib”, - deyə Kristofer Burger bildirib.
Xəyalə Xəlilova