2023-cü ildən 2033-cü ilə qədər olan dövrdə Yer kürəmizi təbii fəlakətlər və elementlər şəklində dəhşətli sınaqlar gözləyir.
Faktmedia.az xəbər verir ki, parapsixoloq Daria Abazanın sözlərinə görə, bir çox ölkə və şəhərlər su altında qalacaq.
Abaza sosial mediada "Sahil bölgələrində yaşayanların diqqətli olun " deyə paylaşım edib.
Parapsixoloqun sözlərinə görə, 80 hektara qədər ərazinin su altında qala biləcəyi Rusiyanın Sankt-Peterburqunda Murmansk, Yamalo-Nenets Muxtar Dairəsi və Krasnodar diyarı hücuma məruz qalacaq. Maldiv adaları, İndoneziya, Hindistan və Çinin çətin vəziyyətdə qalması da mümkündür.
Havar Şəfiyeva