Yaşlı şəxslərin çəki itirməsi onların ölüm riskini artırır.
Faktmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, dünya alimləri tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.
Araşdırmada Avstraliyada yaşı 70 və yuxarı olan 16 703, ABŞ-da isə 65 və daha yuxarı yaşlı 2 411 nəfər iştirak edib.
Tədqiqatda deyilir ki, ürək-damar xəstəliyi, demans, fiziki qüsur və ya "həyatı məhdudlaşdıran" xroniki xəstəliyi olmayan iştirakçıların 2010-2014-cü illər arasında müntəzəm müayinə görüşlərində hər il çəkisi yoxlanılıb.
Nəticədə çəki itkisi ilə ölüm arasında "əhəmiyyətli bir əlaqə" tapılıb. Belə ki, çəkisinin 5-10 faizini itirənlərin, müddət ərzində sabit çəki saxlayan kişilərlə müqayisədə ölüm riskinin 33 faiz daha çox olduğunu müəyyən edilib. Çəkisinin 10 faizindən çoxunu itirən kişilərdə ölüm nisbəti 289 faiz yüksək olub.
Tədqiqat 5-10 faiz çəki itirən qadınların daimi çəkisi olan qadınlarla müqayisədə ölüm riskinin 26 faiz daha çox olduğu müşahidə edilib.
Araşdırmaya görə, çəkisinin 10 faizindən çoxunu itirən qadınların ölüm ehtimalı 114 faiz daha yüksək olub.
Tədqiqatçılar kişilər və qadınlar arasındakı bu fərqin səbəbini qadınlarda daha çox piylənmənin olması ilə izah ediblər.
Bəsti Məmməd