"Rok kraliçası" kimi tanınan məşhur braziliyalı müğənni Rita Li 75 yaşında vəfat edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, "Rok kraliçası" Linin ağciyər xərçəngindən öldüyü qeyd edilib.
Braziliya prezidenti sənətçinin ölümü ilə əlaqədar üç günlük matəm elan edib.
Linin ailəsi Instagram sosial şəbəkəsində verdiyi açıqlamada onun Sao Paulo şəhərindəki evində dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, “Baila conmigo” və “Mania de voce” əsərləri ilə ölkədə böyük şöhrət qazanan Li 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı.