"Adanalı", "Huzur Sokağı" və "Acı Hayat" serialları ilə tanınan və gözdən uzaq yaşayan Selin Demiratarın yeni görüntüləri görənləri valeh edib.
Faktmedia.az xəbər verir ki, müğənni Hadisə Selin Demiratarın son görüntülərini paylaşıb. Evləndikdən sonra aktrisa illər sonra müğənni Hadisənin paylaşımı ilə gündəm olub.
Hadisə Selin Demiratara yaxın dostu Seda Bakanla sürpriz ad günü keçirib. Aktyorluğu tərk edən gözəl Selinin şəklinə "Heç vaxt dəyişmədi", "Hər zaman gözəl", "Sən nə gözəl qadınsan" şərhləri yazılıb.