İsrailin İran hədəflərinə hücumlardan sonra islam respublikası mümkün cavab tədbirləri görməyə hazırlaşır.
Faktmedia.az xəbər verir ki, Tehranın digər dövlətlərin ərazisinə zərbələr endirməsi, həmçinin israilli turistlərin olduğu məkanlara, bu ölkənin rəsmilərinə və ya xaricdəki səfirliklərə hücumları ehtimalı müzakirə edilir.
Yaxın günlərdə BMT baş katibinin sözçüsü Stefan Düjarrik da öz fikirlərini bölüşüb. O bildirib ki, regionda gərginliyin artması fonunda bütün tərəflər təmkin nümayiş etdirməli və eskalasiyaya səbəb ola biləcək hər hansı hərəkətləri istisna etməklə, digər dövlətlərin suverenliyi və bütövlüyünə hörmət göstərməlidirlər.
Qeyd edək ki, yanvarın 29-na keçən gecə naməlum pilotsuz təyyarələr İsfahanda İran Müdafiə Nazirliyinin obyektlərindən birinə hücum edib. Daha sonra şəhərdə fabrikdə yanğın və Kərəcdə partlayışlar qeydə alınıb. Qeyri-rəsmi məlumatlara görə, döyüş pilotsuz təyyarələrinin istehsalı üçün fabriklər var. Tehran hücumlarda və hərbi əməliyyatların yerləşdirilməsində rəsmi olaraq İsraili günahlandırıb.
Havar Şəfiyeva