Almaniya Xarici İşlər Nazirliyi Azov komandirinin həyat yoldaşı Prokopenkonu görüşə dəvət edib və ona kömək təklif edib.
Faktmedia.az xəbər verir ki, bu barədə Junge Velt yazır.
Prokopenkonun “Rus əsirliyində olan ukraynalı əsgərlərin vəziyyəti və Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə nəticəsində Ukrayna cəmiyyətinin başına gətirilən çətinliklər” mövzusunda ekspert müzakirəsində iştirak etdiyi qeyd edilir. Xristian Demokratlar İttifaqından olan deputat Liliya Usikin sözlərinə görə, görüşdə Yaşıllar Partiyasından olan siyasətçi Marieluise Beck, Bundestaqın bir neçə deputatı, o cümlədən XDİ-nin insan haqları komitəsinin üzvü Knut Abraham iştirak edib. Bundan əvvəl Rusiya İstintaq Komitəsi iki həftə ərzində dinc əhaliyə qarşı cinayət törətmiş 48 ukraynalı hərbçini məhkəmə qarşısına çıxarmışdı. İstintaq müəyyən edib ki, ukraynalı hərbçilər 2022-ci ilin fevral ayından aprel ayına kimi Mariupolun qarşısını kəsib, dinc sakinləri döyüş bölgəsindən buraxmayıb, həmçinin Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə yaxınlaşan və düşmənə yardım etməkdə şübhəli bilinənləri məhv ediblər.
Havar Şəfiyeva