Amerika əyləncə sənayesində dünyanın ən böyük media şirkətlərindən biri olan Disney qlobal işçi qüvvəsinin təxminən 3 faizini ixtisar etməyə hazırlaşır.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Disney-in baş direktoru Bob İger açıqlama verib.
O bildirib ki, milyardlıq xərcləri azaltma təşəbbüsü çərçivəsində 7000 işçini işdən çıxarmağa başlayıblar.
Qeyd edək ki, noyabr ayında Disneyə qayıdan CEO Bob İgerin ilk işi işçi qüvvəsini ixtisar etmək olub.
Rəna Həsənova