Danimarka ordusununda ciddi əsgər çatışmazlığı var.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Danimarka ordusunun ikinci komandanı, briqada generalı Henrik Lyhne ölkədə ciddi əsgər çatışmazlığı olduğunu bildirib.
Lyhne bildirib ki, bu təcili çağırışdır, vəziyyət heç vaxt bu qədər pis görünməmişdi:
“Vəziyyət kritikdir, çünki bizdə heç vaxt olmadığı qədər əsgər çatışmazlığı var. Mən 40 ildir silahlı qüvvələrdəyəm və vəziyyət heç vaxt bu qədər pis görünməmişdi. Daha çox maliyyə təmin edilsə belə, döyüşə bilən bir ordu qurmaq üçün illər lazım olacaq”.
Qeyd edək ki, Danimarka Müdafiə naziri Troels Lund Poulsen də vəziyyətin "kritik" olduğunu etiraf edib və bu məsələ ilə bağlı hərbçilərlə uzunmüddətli görüşlərin keçirildiyini bildirib.
Rəna Həsənova