Rusiya Müdafiə Nazirliyinin cümə axşamı verdiyi məlumata görə, Rusiyanın Su-25 qurudan hücum təyyarəsi Belqorod vilayətində aerodromuna qayıdarkən qəzaya uğrayıb.
Faktmedia.az xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətində aerodromuna qayıdarkən qəzaya uğrayıb. Pilot ölüb.
"İlkin məlumatlara görə, qəzaya texniki nasazlıq səbəb ola bilər. Təyyarə boş yerə qəzaya uğrayıb və yerdə dağıntı yoxdur”, - deyə məlumatda bildirilir.
Havar Şəfiyeva