Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili həkimləri ittiham edib.
Faktmedia.az xarici KİV-ə istinadən yazır ki, onun iddialarına görə, dövlət tərəfindən təyin olunmuş həkimlər ona lazım olan müalicəni təmin etmirlər və onu öldürmək üçün sui-qəsd planında iştirak edirlər.
Saakaşvilinin rəsmi sosial mediada hesabında paylaşılan məlumata görə, dövlətin təyin etdiyi həkimlər ona ağır metal zəhərlənməsi və anoreksiya da daxil olmaqla, əsas problemləri müalicə etməkdən imtina edirlər.
Ağır metal zəhərlənməsi orqanizmdə bir sıra fəsadlar yarada bilər. Bu zaman xəstə özünü çox yorğun, əzgin hiss edir, enerjisi olmur, həzmi pozulur, müxtəlif xəstəliklər meydana gəlir.
“Heç kim mənim kimi yaşamaq istəməz!”,- deyə sabiq prezidentin paylaşımında qeyd edilib.
Havar Şəfiyeva