Hollandiyalı həkimlər "Bluetooth" texnologiyasından istifadə edərək iflic xəstələrin beynini əzələləri ilə birləşdirən cihazı implantasiya etdikdən sonra yenidən yeriməyi öyrənib.
Faktmedia.az bu barədə "The Guardian"a istinadən xəbər verir.
40 yaşlı Gert-Jan Oskam 2011-ci ildən iflic olub. o, Çində velosipedlə qəzaya düşüb və boynu sınıb. Həkimlər onun bir daha yeriməyəcəyini deyiblər. O,10 il əlil arabasına məhkum olub.
Həkimlər ona beyin dalğalarını izləyən və əzələləri işə salmaq üçün onları onurğa beyninə ötürən cihaz yerləşdirib. Beyninə yerləşdirilən elektrodlar qollarını və ya ayaqlarını hərəkətə gətirib.
Havar Şəfiyeva