"Space" TV-nin keçmiş aparıcısı Famil Məcidli mahnı oxuyub və klip çəkdirib.
Bu barədə Faktmedia.az-a aparıcının özü məlumat verib.
Belə ki, aparıcı məşhur türk müğənnisi Ziynet Salinin repertuarından "Ağlarmıyım ağlamam" adlı mahnıya yeni nəfəs gətirib.
Saytımıza danışan aparıcı müğənni kimi tanınmaq barədə düşünmədiyini etiraf edib:
"44 yaşım var, bundan sonra yorğalıq etməyə nə həvəs, nə də vaxt var. Özümə yüngülvari sürpriz etmişəm. Sağ olsun yaradıcı dostlar, normal bir klip də ərsəyə gətirdilər. İstedadlı rejissor Fahir Səmədoğlu məcbur etməsəydi, heç klip də olmayacaqdı."
Famil Məcidli onu da əlavə edib ki, radio aparıcılığı ilə istənilən təklifə yox deməz: "Mən məsləyimi çox sevirəm. Özümü tanıyandan xəbər işindəyəm və tükəndiyimi də düşünmürəm".
Qeyd edək ki, Famil Məcidli 22 il "Space" radiosunda hər saatın tamamında fərqli səs tembri ilə dinləyicilərə xəbərləri təqdim edib.
Havar Şəfiyeva