Amerikanın "Google" korporasiyası Bard süni intellektə əsaslanan chatbotun yeni versiyasını buraxıb.
Artıq Avropa İttifaqı və Braziliyada istifadəçilər üçün əlçatan olacaq. Bu barədə iyulun 13-də proqramın əsas tərtibatçısı Cek Kravçik məlumat verib.
“Bu günə olan məlumata görə, istifadəçilər Bard ilə ərəb, çin, alman, hindi və ispan dilləri də daxil olmaqla 40-dan çox dildə əlaqə saxlaya bilirlər.
Bundan əlavə, Bard indi Braziliya və Avropa da daxil olmaqla daha çox yerdə mövcuddur”, o, Google bloqunda verdiyi açıqlamada qeyd edib.
Əvvəllər Aİ-də Google chatbotuna giriş fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin xüsusiyyətlərinə görə məhdud idi.
Xəyalə Xəlilova