Votsapda səsli mesajları dinləməklə bağlı yeni funksiya olacaq.
Faktmedia.az xəbər verir ki, VABetaInfo portalının mütəxəssisləri xidmətin yeni imkanlarından danışıb.
Bildirilir ki, beta testçiləri messencerdə səsli mesajları söhbətdən kənarda dinləmək imkanı olan funksiya tərtib olunub. Yeni funksiya sayəsində VatsApp istifadəçiləri səsli mesajı dinləyərkən eyni anda bir neçə çatda söhbət edə biləcəklər. İndi bir şəxs audio mesajı dinləmək istəyirsə, o zaman söhbəti tərk edə bilməz, əks halda oxutma dayanacaq.
“Bizim fikrimizcə, bu, çox vacib xüsusiyyətdir, çünki o, istifadəçilərə səsli mesajı dinləyərkən eyni vaxtda bir neçə əməliyyatı yerinə yetirməyə imkan verir. Bu, xüsusilə istifadəçi çox uzun səsli mesajı dinlədikdə çox faydalıdır”, - deyə ekspertlər qeyd edib.
Havar Şəfiyeva