"Buraxılış imtahanlarında şagirdlərin məhz aprelə qədər keçdikləri mövzulardan istifadə olunur".
Bunu Faktmedia.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
"Digər mövzular imtahana salınmır. Bu imtahanlarda şagirdlərin əsasən bacarıqları yoxlanıldığı üçün onun bir ay tez və ya gec keçirilməsinin ciddi bir əhəmiyyəti yoxdur. Bu bacarıqlar 11 il ərzində formalaşmış olmalıdır".
Qeyd edək ki, DİM-in keçirdiyi imtahandan sonra sosial şəbəkələrdə suallarla bağlı paylaşımlar edilir. Bildirilir ki, imtahanda keçilməyən mövzulardan suallar salınır.
Havar Şəfiyeva