"Vüsal Əliyev və Rəvan Qarayev mahnılarımı oxuyub, lakin adımı çəkməyib, heç təşəkkür belə etmədilər".
Bu sözləri Faktmedia.az-a açıqlamasında müğənni Nigar Abdullayeva deyib.
Gənc müğənni ATV-də yayımlanan "7 Canlı" verlişinin qonağı olub, proqramın aparıcısı Vüsalə Əliyevanın onu düzgün təqdim etmədiyini bildirib:
"Vüsalə xanım təqdim edərkən mənim ilk addımlar atdığımı söylədi, lakin mən illərdir sənətdəyəm. O, bunu verlişə gəlməmizdən öncə araşdırmalı idi. Çox gündəmdə olmasam da, müəyyən qədər dinləyici kütləm var. Mən bu tamaşaçı sevgisini illərlə vəsait xərcləyərək qazanmışam. Amma Vüsalə xanım ilk addım atmağımı, onun verlişi ilə başlamağım kimi çıxartdı, bu heç də doğru deyildi. 2008-ci ildə oxuduğum mahnılardan birini də müğənni Vüsal Əliyev oxuyub. Həmin verlişdə Vüsal bəy də var idi, mən bunu vurğuluyanda o, özünü yekəxana apardı. Rəvan Qarayev də oxuyub lakin, ad çəkməyib".
Havar Şəfiyeva