Xalq artisti Zülfiyyə Xanbabayevanın ABŞ gəzintisi davam edir.
Faktmedia.az xəbər verir ki, müğənni istirahətdən lentə alınan videosunu instaqram izləyiciləri ilə bölüşüb.
Görüntüdə Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədov da yer alıb.
Qeyd edək ki, Z.Xanbabayeva Amerikaya qızı Dəniz üçün yollandıqlarını bildirib. İfaçı övladının ABŞ-də NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə qatildığını açıqlayıb. axşam.az