Tanınmış ifaçı Mina Hüseyn Mədinə şəhərində Peyğəmbər məscidini ziyarət edib.
Faktmedia.az xəbər verir ki, sənətçi bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O, ziyarət haqda bunları yazıb:
"Məhəmməd peyğəmbərin məzarını və məscidini ziyarət etmək, müqəddəs torpaqlarda olmaq çox gözəl hissdir. Allahım, təşəkkür edirəm. Arzusunda olan hər kəsə nəsib olsun. Bura çox ağır yoldur, əziyyəti böyükdür..".