"Yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan 5 nəfərdən 4-ü evə buraxılıb".
Bu sözləri Faktmedia.az-a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.
O bildirib ki, 1 nəfərin müalicəsi hələ də Mərkəzdə davam etdilir.
Qeyd edək ki, 1.03.2024-cü il tarixində 20:48 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi nəticəsində 23 nəfər xəsarət alıb.
Rəna HƏSƏNOVA