Bu gün Axar.az saytının 10 yaşı olur.
Faktmedia.az xəbər verir ki, hazırda ən çox oxunan saytlar arasında ilk üçlükdə yer alan Axar.az-ı gündəlik 550-600 min oxucu ziyarət edir.Yarandığı gündən ciddi və ən önəmli xəbərləri tirajlamağı hədəfləyən sayt bu gün xüsusi dəst-xətti ilə fərqlənməyi bacarır.Böyük məktəbə çevrilən saytın kadrları hazırda ölkənin ən qabaqcıl media platformalarında çalışırlar.Saytın təsisçisi Aynur Camalqızı, baş redaktoru Anar Niftəliyevdir.Faktmedia.az olaraq, həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!