Türkiyədə Qəzza zolağındakı xəstəxananın bombalanması və digər hücumlar nəticəsində mülki şəxslərin ölümünə görə 3 günlük milli matəm elan edilib. Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Qəzetdə” yayımlanıb.
“Türkiyə olaraq fələstinli qardaşlarımızın yaşadığı böyük ağrını qəlbimizdə hiss edirik.
Əksəriyyəti uşaq və günahsız mülki vətəndaş olan minlərlə şəhidimizə ehtiramımızın tələbi olaraq ölkəmizdə 3 günlük milli matəm elan edilib”, - deyə R. T. Ərdoğanın müraciətində bildirilib.