Xəbər verdiyimiz kimi, Artıq Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsinə başlanılıb. Zolağın yolun “Şamaxinka” adlanan ərazidən Masazır dairəsinədək olan hissəsini əhatə edəcəyi bildirilir. Artıq yolun böyük hissəsində xüsusi zolağın çəkilişi başa çatdırılıb. İşlər tam başa çatdıqdan sonra avtobus zolağına daxil olan minik avtomobilləri inzibati qaydada cərimələnəcək.
Maraqlıdır, bu zolaqlar tıxacların qarşısını ala biləcəkmi?
Məsələ ilə bağlı Faktmedia.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, yollarda avtobus zolaqlarının çəkilməsi o demək deyil ki, tıxacların qarşısı alınacaq:
"Avtobus zolaqlarının çəkilməsi marşrutda hərəkət edən avtobusların maneəsiz hərəkət edə bilməsi üçündür. Bu zolaqların çəkilməsinin tıxacların azalmasına heç bir müsbət təsiri olmayacaq.