"Yenidən irimiqyaslı müharibənin olacağını düşünmürəm. Çünki bölgədəki qüvvələr, hər halda yenidən müharibənin başlanmasına imkan tanımağa meyilli deyillər".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Fazil Mustafa deyib. Deputat əlavə edib:
"Yəni hadisələrin gedişatını nəzərə alsaq, lokal çatışmalar gündəmə gələcəkdir. Çünki bir həddə qədər Rusiya sülhməramlıları qarışmayacaq, lakin vəziyyət gərginləşən zaman onların da marağında olmayacaq ki, vəziyyət kontroldan çıxmasın. Vəziyyətin gərginləşməsi Qərbin də maraq dairəsində deyil. Bu baxımdan lokal xarakterli əsəb savaşları olacaqdır və bu savaşlara hazır olmaq lazımdır. Çünki ermənilərin revanşist duyğuları hələ sönməyibdir, sadəcə imkanları çatmadığına görə qəti addım ata bilmirlər. Hər halda biz ehtiyatımızı əldən buraxmamalıyıq və mübarizəmizi sona qədər aparmalıyıq ki, əldə etdiyimiz uğurları hansısa formada ifirməyək".
Rəna Həsənova