Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək fikrində deyil, lakin İrəvan Qərbin Rusiyanı sıxışdırmaq alətinə çevrilməməlidir.
Bu barədə TASS-a Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günü İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsini şərh edən diplomatik mənbə bildirib.
Xüsusilə də Ermənistanın baş naziri Rusiya Federasiyasının regiondan uzaqlaşmasının mümkünlüyünü açıqlayıb.
"Əslində İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin Rusiyanı sıxışdırmaq üçün Ermənistan da Qərbin alətinə çevrilməməlidir.” ”, – deyə mənbə bildirib.
O əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsində münasibətləri “bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi” qiymətləndirir.
Bəsti MƏMMƏD