"Göründüyü kimi, Ermənistan Azərbaycana qarşı öz ərazi iddialarından əl çəkmək niyyətində deyil. Sözdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, hətta konkret rəqəmlə ifadə olunan ərazi bûtövlüyümüzü tanısa da, dəfələrlə Ermənistandan Qarabağa yüklərin qanuni və qanunsuz daşınmasının şahidi olmuşuq".
Bu fikirləri Faktmedia.az-a hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert əlavə edib:
"Nəzərə almalıyıq ki, göndərilən bu yüklərin bir hissəsi Qarabağda qalmaqda davam edən on min nəfərlik erməni silahlılarına da çatdırılacaq, çünki, orada qalan heyətin yeyəcək, içəcək, hətta "humanitar yük" lər olsa belə, bunun bir hissəsi Azərbaycana qarşı əlində silah, mübarizə aparan xunta rejiminin silahlılarına da paylanacaq. Ona görə də, belə yüklərin daşınması, əslində, həmin silahlıların ərazimizdən çıxarılması və maliyyələşdirilməsinin dayandırılmasından sonra mümkün ola bilər, həm də bunun üçün Azərbaycan dəfələrlə alternativ variant olaraq Ağdam- Xankəndi yolunu təklif edib. Bildiyiniz kimi, hazırda həmin yoldan da gördüyümüz bu yük maşınları istifadə edə bilərlər. Onlar Laçından Xankəndinə deyil, Ağdama gətirə bilərlər həmin yükləri, bildiyiniz kimi Ağdam - Füzzuli yolu da ideal vəziyyətdədir. Fizulidən kifayət qədər geniş yol infrastrukturumuz mövcuddur. Nədənsə, "humanitar yük"lərin gətirilməsi üçün sırf Laçın yolunun seçilməsi Azərbaycana qarşı psixoloji bir təzyiq vasitəsinə çevrilməyə çalışır və təəssüflər olsun ki, Avropa İttifaqının missiyasının rəhbəri Markus Ritter bu siyasi şouda çox yaxından iştirak edir".
Qeyd edək ki, Ermənistan rəhbərliyi başda Nikol Paşinyan olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildiriblər. Amma görünən odur ki, səslənən fikirlər saxtadır və bunu biz hər gün sərhəddə baş verənlərdən aydın görürük. Ermənistan separatçı və avantura ilə məşğuldur.
Rəna Həsənova