AZAL-ın uçuş zamanı sərnişinlərə təqdim etdiyi məhsulun üzərində istehsalçıın adı, məhsulun tərkibi, harada hazırlanması və başqa məlumatlar qeyd edilmir.
Faktmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Paylaşılan məlumata əsasən məhsulun üzərində təkcə əllə yazılma tarix qeyd olunur.
Sadəcə əllə vurulma bir tarix, vəssəlam.
Hər gün minlərlə sərnişinə təqdim edilən məhsulun keyfiyyəti, tərkibi, harada istehsal olunması barədə məlumatın olmaması zəhərlənmələrə də səbəb ola bilər.
Rəna Həsənova