ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Vladimir Zelenski Kiyevə uzaqmənzilli raketlərin tədarükü məsələsini müzakirə edəcək.
Bu barədə çərşənbə günü, iyunun 12-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABC News telekanalında bildirib.
Onun sözlərinə görə, raketlərin ötürülməsi ilə bağlı müzakirələr NATO-nun iyulun 12-də Vilnüsdə keçiriləcək sammiti çərçivəsində aparılmalıdır.
“F-16 məsələsində bir neçə həftə əvvəl müttəfiqlərlə diqqətlə məsləhətləşmələrdən sonra prezident Bayden ukraynalı pilotlara bu texnika üzrə təlim keçməyə qərar verdi”, - deyə Sullivan əlavə edib.
Onun sözlərinə görə, F-16-nın birbaşa təhvil verilməsi məqamı gəldikdə, o zaman, çox güman ki, bu təyyarələri olan Avropa ölkələri tərəfindən ayrılacaq.
Rəna Həsənova