Sədi müəllim, mənə mikrafon lazımdı?
Neynirsən, mikrafonu səy-səy danışacaqsan...
Sədi müəllim, axşam evdə yatammıram, damda göyrəçin balalayıb, qoymurlar yatmağa..
Allahına qurban, şairin evinin damında göyərçin olar da.
Sədi müəllim, əsəbləşmişəm, işdən çıxacam.
Şair, sənə yaraşmır e. Sənin şeirində göyərçin var, belə öfkə özünə ziyandır.
Sədi müəllim, maşın almaq istəyirəm?
Səysən sən, neynirsən maşını. Sən şair adamsan, səy-səy danışma.
Sədi müəllim, görəsən, 100 mini necə tapa bilirlər?
Şair, onlar onu tapır, sən də şeir yaza bilirsən. Sən şeir yaza bildiyinə görə, onlar 100 mini tapa bildiklərinə görə hədiyyələniblər...
...və belə yüzlərlə təsəlli və ümidlərlə tanıdıq. Yaxşı şeylər öyrəndik. İlk tanıyandan hiss edirdim, Sədi müəllimlə yaxşı yola gedərəm. Səmimidi, şair ruhludu. Gördün əsəbiləşib, 3 dəqiqə sussan bəs edir ki, gəlib şeir oxuya. Belə adamlar çox azdı axı.
Bəzən olur ki, xeyli söhbətləşirik. Adamın ürəyini partdadır. O qədər səbrlidir ki, deyirsən dərdini desən bəlkə sənə vurub-dağıtmağa qol-qanada aça. Elə yumşaldır ki, deyirsən, nə boyda səhv edib hirslənmişəm.
İmkanı olsa axşama qədər şeir oxuyar. Yazan şairlərin nitqini ədəbiyyatla qurudar.
Bu gün Sədi müəllimin yubileyidir. Qocalmır, amma yaşlaşır. Yaxşı ki, şeir yazmır. Hələ belə adamın ürəyinə çökürsə, şeir yazsa necə olardı.
Saçlarınızın qocalan yeri mübarək, hoca!
Dünya ilə hesablaşdıq - birə-bir
Nə gözəldi şəkil üstə o qəbir
Çox demişdin "bu da keçər, ya səbir"
Keçməz oldu, yalan dedin, inandım...
Günü sayıb gün üstünə ömür tik,
Ömür də ki, göz qırpımı bir tətik
İstər bildik, istərsə də bilmədik,
İnnən sonra hər şey daha gümandı...
Daş da daşdan, su torpaqdan bezəndi
Bezən ömür, bezib daha düzəlmir...
Dünya sənin, dünya sənin nəyindir?!
Bir də gördün ömür çatdı dayandı...
O əlçatmaz arzu, ümis bəs edər...
Başım üstə - bu baş, boyun - kəs elə
Hardan dursan, bir salamlıq SƏS elə
Başqa bizə axı nə ki qalandı?...
Ruzbeh Məmməd, Sədi Məmmədovun yubileyinə...