İzmirin Tire rayonunda eşşəyə işgəncə verənlərə qəribə cəza kəsilib.
Hadisə Tirenin Dallik rayonunda baş verib. EK və CT adlı şəxslər motosikletə bağladıqları eşşəyi kilometrlərlə qaçdırıblar. Şəxslərdən birinin motosikletdən istifadə etdiyi, digərinin isə eşşəkdə əyləşdiyi anlar onların çəkdiyi mobil telefon kamerası ilə lentə alınıb və sosial şəbəkədə paylaşdıqları videoya bir çox vətəndaş reaksiya verib.
Həmin şəxslərə məhkəmə tərəfindən 30 gün müddətinə heyvan sığınacağında təmizləmə cəzası verilib.
Sevinc Hüseynova