Türkiyədə qəribə oğurluq hadisəsi baş verib.
Faktmedia.az xəbər verir ki, Kocaelinin Kartepe rayonunda vətəndaşın əkin sahəsindən 2 ədəd 150 illik çinarı oğurlanıb. Gördüklərindən təəccüblənən vətəndaş şikayət ərizəsi yazıb.
Vətəndaş ağacların ona atasından yadigar qaldığını deyib.
Kəsilən ağacların 150 yaşı var idi. Onlar atamdan bizə yadigar qalmışdı. Onu kəsməyimizə icazə verməzdi. Deyərdi qoy insanlar onunkölgəsində dincəlsinlər".
Xəyalə Xəlilova