Vətən müharibəsində qələbə əldə olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev türk ordu modelinə keçid barədə bir bəyanat verdi. Bundan sonra biz qısa fasilələrdən sonra, bir neçə aydan bir yenidən hərbi hissələrin açılışını izlədik. Bunların arasında böyük əksəriyyəti Komando hərbi hissələridir. Biz Xüsusi Təyinatlıların da müharibədən sonra sayını artırdıq".
Bunu Faktmedia.az-a hərbi ekspert Ədalət Verdiyev deyib.
Həkim əlavə edib:
"Eyni zamanda Kamando gərbi hissələrini yaratdıq .Zərurət nə idi ki, müharibəyə qədər bu yox idi müharibədən sonra bu yarandı? İstənilən müharibə böyük bir təcrübədir və hər bir ordunun talehində böyük izlər buraxır.Bizim ordumuzun talehində vətən müharibəsinin buraxdığı izlərdən biri də bu oldu ki Azərbaycan qəti şəkildə keçmiş Sovet Respublikasında olsa belə bu sistemdən imtina edərək türk ordu istiqamətində traritetlərini elan etdi və bu bizim həm müttəfiqlərimizə həm rəqiblərimizə həm regional və qlobal güclərə də bir siqnal oldu. Azərbaycan Ordusu haradadır və hara gedəcək sualına nöqtəsini qoydu. Bu Komandoların yaradılmasında əsas məqsəd nədir? Bilirsiniz ki bir müharibədən keçdik və intensiv,dinamik müharibədən keçdik. 44 günə biz 10.000 km² azad etdik. Bu gündə 150 km² irəliləmək deməkdir. Bu irəliləyişlərdə biz gördük ki dağlıq ərazilərdə, sərt iqlim şəraitində meşəlik, dağlıq, qayalıq ərazilərdə zirehli texnikalara malik hissə və bölmələrin dağlara dırmaşması dağlarda döyüş aparması kifayət qədər uzun müddət alır. Buna görə də biz daha çox üstünlük verdik Kamando hərbi hissələrinə. Komando hərbi hissələri yüngül texnikalarla silahlanır. Amma Kamandonun hər bir əsgəri Xüsusi Təyinatlı olduğu kimi hər bir əsgər bir bölmədi. Daha doğrusu başqa sözlə desək bir vəzifəni 10 nəfər yerinə yetirsin biri var 1 nəfər Kamando göndərilsin. O artıq özü avtonom şəkildə vəzifələrini icra edən bir orqandır.
Rəna Həsənova