Keçən günlərdə deputat Tahir Kərimli ağacaqanadlarla bağlı çıxış etdi. Deputat ağcaqanadların əlindən yaşamağın mümkünsüzlüyünü qeyd etdi.
Ağcaqanadlarla necə mübarizə aparmaq olar sualı ilə kiçik bir araşdırma apardıq. Nəzərə alsaq ki, ağcaqnadar yay fəslində daha çox olur.
Həmin araşdırmanı təqdim edirik:
Alimlər ağcaqanadları qovmaq üçün 99 faiz təsirli maddə hazırlayıblar.
Yeni hazırlanmış qovucu maddə bir növ "kimyəvi kamuflyaj" təmin edir və ağcaqanadların fərdə yaxınlaşmasının qarşısını alır.
Ağcaqanad dişlədikdə qaşınma və qızartı kimi narahatlıqlar yaranır. Ən çox da malyariya daşıyıcısı olan ağcaqanad növlərinin dişləmələri səbəbindən hər il dünyada yüz minlərlə insanı həyatını itirir.
Bu səbəbdən də alimlər ağcaqanadlara qarşı mübarizə üçün uzun müddətdir yeni maddə üzərində çalışırlar.
İvrit Universitetinin Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit fakültəsinin aparıcı tədqiqatçısı Dr. Jonathan Bohbot qeyd edib ki, inkişaf etdirdikləri bu kimyəvi maddə ağcaqanadları insana tərəf çəkən qoxunun qarşısını alır.
"Sözügedən maddə ağcaqanadlara qarşı mexaniki qoruma təmin edir və sellüloza polimeri ilə kimyəvi kamuflyaj rolunu oynayır. Ağcaqanadları özünə cəlb edən qoxunun qarşısını alır və sonra qorunma müddətini uzadır ", - deyə mütəxəssis bildirib.
Havar Şəfiyeva