Reper Dado müğənni Natəvan Həbibi ilə ayrılıqlarından söz açıb.
Faktmedia.az xəbər verir ki, o bu barədə MTV-də yayımımlanan "MTV Yekun" proqramına müsahibəsində danışıb:
"Anası, bacısı və özü uşağa padşah kimi baxırlar. Öncələr hər şey yaxşı idi, biz sonda başa düşdük ki evlənmək bizlik deyil. Bu tək bizim səhvimiz yox, aramıza girən üçüncü şəxsin səbəbindən də oldu".
Qeyd edək ki, Dado bundan əlavə həmkarı Elşad Xose ilə də dostluq münasibətlərin kəsildiyini bildirib.
Sevinc Hüseynova