İmişlidə intihar hadisəsi baş verib.
Faktmedia.az xəbər verir ki, dünən axşam saatlarında 1986-cı il təvəllüdlü Hacıyev Xəyal İlham oğlu Qaralar kəndində yerləşən əkin sahəsində özünü öldürüb.
Onun meyiti sahədən keçən elektrik dirəyində asılı vəziyyətdə tapılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.