Kanadada günlərlə davam edən meşə yanğınlarının tüstüsü ABŞ-ın şimal-şərq ştatlarını təsir altına alıb.
Faktmedia.az xəbər verir ki, Nyu-York şəhəri və ətraflarında hava keyfiyyətinin səviyyəsi narıncıdan 165 qırmızıya yüksələrkən, koronavirusun bitməsi ilə vidalaşan maska yenidən istifadə edilməyə başlanıb.
Bildirilib ki, ABŞ-ın 5 ştatında isti, quru və qeyri-sabit hava şəraiti səbəbindən meşə yanğınlarına qarşı “qırmızı xəbərdarlıq” elan edilib.
Qeyd olunub ki, hazırda Kanadada 413 meşə yanğını aktivdir və nəticədə 26 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Sevinc Hüseynova