“Artıq məktəblərdə fənlərin standartlarına baxılması üçün müzakirələrə başlanılıb”.
Faktmedi.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, yeni tədris ilindən bütün məktəblərin 6-cı siniflərində yeni məzmunlu təbiət fənninin tədrisinə başlanılıb:
“Bununla da biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq”.