Gəncə şəhərində yerli sakin özünü binadan atıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Doqquz mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atan qadının şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd olunub ki, qadın hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.