Lənkəranda tarixi "Dairəvi qala"nın (Zindan qala) restavrasiyası işlərinə başlanılıb.
Faktmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Artıq təmir prosesi ilə bağlı içəri giriş də bağlanılıb.
Qeyd edək ki, Zindan qalası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur.
Sevinc Hüseynova