“Jurnalistlər binası”nda yanğın baş verib.
Faktmedia.az xəbər verir ki, hadisə jurnalistlər üçün tikilən 2-ci binanın mənzillərindən birində qeydə alınıb.
İlkin ehtimala görə, yanğına paltaryuyan maşında yaranmış nasazlıq səbəb olub.
Əraziyə gələn yanğınsöndürənlər yanğının geniş əraziyə yayılmasının qarşısını alıblar.