Bir neçə gündür ki, sosial şəbəkə seqmentində Mingəçevir şəhərində "Əli qəbirstanlığı" deyilən ərazidə rus qəbirlərinin dağıdılaraq yerində azərbaycanlıların dəfn olunması ilə bağlı paylaşımlar əks olunub.
Məsələ ilə bağlı Faktmedia.az-a Mingəçevir Şəhər Bələdiyyəsinin qəbristanlıqların saxlanılması və nəzarəti şöbəsinin müdiri Rafael Məmmədov bildirib ki, sosial şəbəkədə şər-böhtan xarakterli video paylaşan şəxs həmin qəbristanlığın əvvəllər işçisi olub.
Rafael Məmmədov deyib ki, incikliyindən bu böhtan dolu video ilə qisas almağa çalışıb.
Onun sözlərinə görə, burada müxtəlif millət, din və təriqətlərə mənsub 15 mindən çox məzar yerləşir.
Esmira Hidayətova