Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş bağlanılıb.
Bununla əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.