Bakıda küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.
Bu barədə Oxu.Az-a şəhidin qardaşı Sənan Əhmədov məlumat verib. O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.
Belə ki, ümumilikdə 8 Vətən müharibəsi şəhidlərinin adları Bakı şəhəri, Sabunçu, Səbail və Xətai rayonları üzrə müfaiq küçələrə verilib.
Qərarə əsasən, adlar Sabunçu, Səbail və Xətai rayonları üzrə aşağıdakı kimi dəyişdirilib:
Rayon | Küçənin köhnə adı | Küçənin yeni adı |
Sabunçu | Maştağa qəsəbəsi, Burla Xatun küçəsi | Yalçın Rəhimov küçəsi |
Səbail | Buxta küçəsi | Nicat Şükürlü küçəsi |
Səbail | Badamdar qəsəbəsi, Qədim Qala küçəsi | Yusif Budaqov küçəsi |
Səbail | Badamdar qəsəbəsi, Neftçilər küçəsi | Cavidan İbrahimli küçəsi |
Səbail | Badamdar qəsəbəsi, Məktəbli küçəsi | Cəmil Məmmədli küçəsi |
Səbail | Badamdar qəsəbəsi, Yanardağ küçəsi | Bakir Quliyev küçəsi |
Xətai | 3-cü Liman küçəsi | Rəcəb Yolçu oğlu küçəsi |
Xətai | Sülh küçəsi | Kəmaləddin Məmmədzadə küçəsi |
Xətai | Abidə küçəsi | Səbuhi Əhmədov küçəsi |