Xəbər verdiyimiz kimi, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri də Səbuhi Tağıyevdir.
Faktmedia.az şəhid olan hərbi qulluqçumuz Səbuhi haqqında bəzi məlumatları əldə edib.
Belə ki, Səbuhi 1998-ci ildə Şahbuz Rayonun Badamlı qəsəbəsində anadan olub. Ailədə 3 uşaq olublar - 1 qardaş və bir bacısı var. Badamlı kənd orta məktəbində təhsil alıb. Orta təhsillidir. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçumuz bu gün düşmən təxribatının qarşısını alarkən şəhid olub.
Bəsti Məmməd